. .

"Həbs elətdirib milyardlıq mülkünü əlindən aldınız" - Peker

12:01 - 03 May
    8368 oxunma

Türkiyəli mafia başçısı Sedat Peker azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə açıqlama verib. 

Peker "youtube" vasitəsilə yayımladığı görüntülərdə Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarı hədəf alıb. O bildirib ki, Peker ailəsi və yaxınlarına qarşı keçirilən əməliyyatı Mehmet Ağar təşkil edib.

"Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan da danışan Peker onun haqsız həbs edildiyini dilə gətirib: “Mehmet Ağar! Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi.

Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin. Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz”.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84