Həbs edilən məmurlar niyə YAP-dan çıxarılmır?

12:34 - 16 May
    850 oxunma

Rüşvət və korrupsiyaya qarşı mübarizə çərçivəsində icra hakmiyyətlərində keçirilən əməliyyatlar iqtidara inamı artırsa da, hakim Yeni Azərbaycan Partiyasının (YAP) nüfuzuna zərbə vurub.

Bizimxeber.az bildirir ki, bunun səbəbi əməliyyatlar zamanı həbs edilən icra başçıları və digər vəzifəli şəxslərin YAP üzvü olmaları ilə bağlıdır. Onların arasında hətta hakim partiyanın yerli təşkilatının sədrləri də var.

Təsadüfi deyil ki, həbslərdən sonra sosial şəbəkələrdə bu məsələyə diqqət çəkilmişdi. Hətta YAP-ın Siyasi Şurasının üzvü Musa Musayev mətbuata açıqlamasında bildirmişdi hakim partiyada da islahatlar aparmaq zərurətə çevrilib. Musa Musayev kosmetik dəyişikliklər yox, köklü islahatların vacib olduğunu önə çəkirdi. Onun fikrincə, YAP-ın İdarə Heyətindən tutşum rayon təşkilatlarında qədər bütün strukturlarında əhəmiyyətli dəşiklik edilməsi zərurətə çevrilib.

Hələlik yalnız Musa Musayev bu fikirdədir. Hakim partiyanın digər tanınmış üzvləri icra başçılarının həbsi ilə bağlı müzakirələrdə onların YAP üzvü olmalarının qabardılmamasına çalışırlar. Yaxud da bu barədə həvəssiz danışırlar. Məsələn, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov həbs edilən məmurların hakim partiyanın üzvü olmasına toxunarkən  “Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir” deməklə, deputat Elman Nəsirov isə “Elçibəyin məmurları da rüşvət alırdı” söyləməklə kifayətlənib. 

Bu arada qeyd edək ki, həmin məmurlar hələ də YAP sıralarından xaric edilməyib. Maraqlıdır, artıq iqtidar komandasına yad element sayılan, xəyanətkar adlandırılan bu şəxslər niyə hələ də YAP-ın sıralarında saxlanılır? YAP-ın tanınmış üzvləri hələ ki, buna da aydınlıq gətirməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84