Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur

15:30 - 19 Avqust
    3040 oxunma

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanılması barədə xəbər yayılıb. Xəbər rəsmən təsdiqlənməsə də, sosial şəbəkələrdə və bəzi media orqanlarında israla bildirilir ki, icra hakimiyyətində keçirilən əməliyyat nəticəsində Ceyhun Cəfərovun da qoluna qandal vurulub. 

Bu arada Yenisabah.az adıçəkilən icra başçısı barədə maraqlı məlumat əldə edib. Bildirilir ki, Ceyhun Cəfərov “Rabitə işi”ndə həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumudur. Bəzi məlumatlara görə, icra başçısı keçmiş aparat rəhbərinin qaynıdır. Bu baxımdan, Ceyhun Cəfərovun hələ o zaman həbs təhlükəsi ilə üzləşdiyi barədə iddialar var.

Ceyhun Cəfərov 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir işləyib.

1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışıb.

C.Cəfərov 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib

Ölkə başçısının 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84