. .

Həbs edilən Alimpaşa Məmmədov vəzifəsindən azad edildi

11:22 - 27 Aprel
    6967 oxunma

Azərbaycan Prezidenti İlham Əliyev Alimpaşa Məmmədovu vəzifəsindən azad edib. 

Bizimxeber.az bildirir ki, xəbər verir ki, sərəncama əsasən, Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A. Məmmədov 2014-cü ildən Şəmkirin icra başçısı idi.

Ötən gün Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. A. Məmmədov DTX əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84