Həbib Nurməhəmmədov tarixin ən yaxşı futbolçusunu açıqladı
-
24360 oxunma

Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu tarixin ən yaxşı futbolçusu adlandırıb.
Dağıstanlı idmançı "UFC Russia" yutub kanalına müsahibəsində portuqaliyalı ulduz hücumçunun daim sabit çıxış etdiyini bildirib.
Nurməhəmmədovun sözlərinə görə, 36 yaşlı forvard 16 ildir zirvədədir: "Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi.
O vaxtdan bugünədək bombardirlər siyahısında liderdir. 16 ildir eyni səviyyədə çıxış edir". Qeyd edək ki, Kriştianu Ronaldu ilə Həbib Nurməhəmmədov yaxın dostdur.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84