Hazırkı prezident seçkilərdə məğlub oldu – Moldova

11:18 - 02 Noyabr
    2060 oxunma

"Fəaliyyət və Həmrəylik” partiyasının namizədi Maya Sandu prezident seçkisində Moldovanın hazırkı Prezidenti İqor Dodonu məğlub edib. Bizimxeber.az "İnterfaks”a istinadən xəbər verir ki, MSK tərəfindən açıqlanan səsvermənin ilkin nəticələrinə əsasən Sandu səslərin 36.03%, Dodon - 32.7%-ni toplayıb.

MSK hər iki namizədin prezident seçkilərinin 15 noyabr tarixinə təyin olunmuş ikinci turuna gedəcəyini bildirib. Namizədlərin heç biri seçicilərin 50%-dən çoxunun dəstəyini ala bilmədiyi üçün təkrar səsvermə keçiriləcək. Xatırladaq ki, 1 noyabrda Moldovada prezident seçkiləri keçirilib.

Seçkidə iştirak tələb olunan 33.33 faiz həddini keçib və seçki keçərli elan edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84