"Hazırki dövrdə sərt qapanmalara getmək olmaz"
-
5960 oxunma
.jpg)
“Karantin qaydalarının sərtləşdirilməsi və ya yumşaldılması epidemioloji vəziyyətdən asılı olacaq”. Bu sözləri açıqlamasında professor Adil Qeybulla deyib.
Həmçinin həkim hazırki dövrdə sərt qapanmalara getməyin tərəfdarı olmadığını da vurğulayıb:“Hesab edirəm ki, ictimai nəqliyyatda qayda-qanun yaratmaq, qapalı mühitdə karantin davranışlarına ciddi fikir vermək lazımdır. İnsanların vətəndaş məsuliyyətini artırmaq üçün təbliğat və maarifləndirmə artırılmalıdır ki, heç olmasa, qarşıdan gələn bayramı insanlar normal keçirsin, ondan sonra epidemioloji vəziyyətə uyğun qərarlar verilə bilər”.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84