Hazırda oxunan: “Paşiniyanın arvadı Rusiya vətəndaşlığı alıb” – S.Baqdasaryan - VİDEO

16:50 - 16 Yanvar
    7760 oxunma


Erməni əsilli politoloq Semyon Baqdasaryan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı dilənçi adlandırıb. Bizimxeber.az xəbər verir ki, o, bu fikri “Youtube” kanalında müraciətində səsləndirib. 

Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru videosunda Akopyanı təhqir edib. Baqdasaryan, baş nazirin arvadının Moskvaya pul dilənmək üçün gəldiyini deyib:

“Akopyan Rusiyaya ailə bizneslərini qorumağa, pul dilənməyə gəlib. Mənə bir videogörüntü göstərdilər. Görüntüdə Anna Akopyan Moskva restoranlarının birində köhnə yeni ili qeyd edir. Niyə axı, sən bura əylənməyə gəlirsən? Xəyanətkar ərin Rusiya ilə əlaqələri pozmaq üçün əlindən gələni etdi. Niyə sən ABŞ-a gedib Sorosla əylənmirsən?”

Daha sonra o, Rusiyada yaşayan erməniləri Paşinyan ailəsinə heç bir köməklik göstərməməyə səsləyib:

“Sən və sənin ərin erməni millətini satıb, onları baiabır etdiniz. Bu xəyanətkarlara heç bir köməklik göstərməyin. İllərlə Rusiya vətəndaşlığını almaq istəyən ermənilər var. Ancaq Paşinyanın arvadına vətəndaşlıq verilir".

"Mən buradan səlahiyyətli şəxslərə müraciət edirəm. Əgər xəbər doğrudursa, bu satqınlara vətəndaşlıq verməyin. Onlar Rusiyanın düşmənləridir. Gedin, diləndiyiniz pulları başqa yerdə xərcləyin. Siz satqın və oğrusunuz”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84