.
.

“Hazırda əhalini Operativ Qərargahın verəcəyi qərarlar düşündürür”

11:40 - 09 Mart
    4440 oxunma

“Hazırda əhalini düşündürən əsas məsələ qarşıdan gələn Novruz bayramında Operativ Qərargahın qəbul edəcəyi qərardır”. Bunu deputat Fazil Mustafa parlamentdə deyib. 

O bildirib ki, sərt karantin rejiminin yumşaldılmasından sonra bir çox iş yerləri yeni fəaliyyətə başlayıb: “Ancaq adamlarda qorxu var ki, fəaliyyət sahəsi yenidən qapadıla bilər. Burada yeni yanaşma qoyulmalıdır. Əsas hədəf insanların öz iş yerlərindən uzaqlaşmaması və kasıblaşmanın qarşısını almaqdır. Bütün yerlərin qapadılması yaxşı ənənə deyil. 

Epidemioloji vəziyyətə nəzarət etmək lazımdır. Ancaq rayon yollarını qapatmaq da düzgün deyil. İnsanlar gedib hardasa özünü təcrid edib 10 gün istirahət edə bilər. Həm də bununla şəhərdə tıxac azalar. SMS icazə sistemi də tətbiq edilməsə yaxşı olar. Polislərin belə olanda işi çətinləşir. Çünki onlar SMS-i yoxlaya bilir, ancaq istiliyi yoxlaya bilmirlər. Kimsə də xəstə olsa polisləri də xəstələndirə bilir. 

Tıxaca görə postlar qurmaq da lazım deyil. Post patrul maşınlarının sayını artırmaq lazmdır. Təbii ki, vaksinasiyanı gücləndirməyə ehtiyac var”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84