“Hazırda bu cür qaynar konflikt mümkün deyil” - Putin

16:26 - 27 Yanvar
    16120 oxunma


Loading...

Davos İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Rusiya Prezidenti Vladimir Putin bir sıra maraqlı açıqlamalar verib. Putin çıxışında potensial dünya müharibəsinin nəticələri və dünyada artan sosial-iqtisadi gərginliklərə toxunub. 

“Bildiyiniz kimi, bu kimi problemlərin həllində bacarıqsızlıq və iradəsizlik 20-ci əsrdə İkinci Dünya Müharibəsi fəlakəti ilə nəticələndi. Əlbəttə, hazırda bu cür qlobal və qaynar konflikt ümid edirəm ki, mümkün deyil. Mən buna çox ümid edirəm. Bu, sivilizasiyanın sonu demək olar”,- deyə Putin qeyd edib.

O, dünyanın iqtisadi inkişafında ciddi geriləmə yaşandığını, cəmiyyətlərdə sosial gərginliyin artdığını və dünyanın hamının- hamıya qarşı mübarizəsi ilə qarşılaşma ehtimalının olduğunu bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84