. .

Hansı şəxslərə və ailə üzvlərinə kompensasiya ödəniləcək?

10:48 - 13 Aprel
    35969 oxunma

Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək.

Bizimxeber.az bildirir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Bununla da qanuna 20.1-ci maddəsinə dəyişiklik olunur. Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84