. .

Hansı ölkələr Rusiyaya dost olmayan ölkələr siyahısına salınıb? - Lavrov açıqladı

13:14 - 28 Aprel
    4598 oxunma

"Rusiya hökumətinə dost olmayan ölkələrin siyahısı hazırdır və yaxın günlərdə təqdim ediləcək".

Bizimxeber.az bildirir ki, belə bir bəyanatla "Ria Novsti"də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, hökumətin konkret təlimatları var, bu işdə rəhbər tutduğumuz meyarlar bəllidir. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a bir-birinin daxili işlərinə qarışmamaq üçün zəmanət mübadiləsi etməyi təklif etmişdi. Nəticədə ABŞ 15 aprel tarixində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi və Vaşinqtondakı diplomatik nümayəndəliyin 10 üzvü ABŞ-dan çıxarıldı. 6 şirkət üçün məhdudiyyətlər tətbiq edildi. 

Qarşılığında 16 apreldə Rusiya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq ABŞ səfirliyinin və 10 şirkətin 21 may tarixinədək Rusiyanı tərk etməsi barədə xəbərdaqlıq etdi. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84