.
.

Hansı hallarda restoranda yediyiniz yeməyin pulunu ödəməyə bilərsiz?  - Bunları bilin...

15:08 - 17 Mart
    8520 oxunma


Restoran işi sahəsindəki hüquqşünaslar və mütəxəssislər istehlakçının hansı hallarda bir kafedə yemək üçün pul ödəməkdən imtina edə biləcəyini açıqlayıblar. 

Bizimxeber.az bildirir ki, vətəndaşlar bunları bilməlidir:

Marketoloq və restoran üzrə mütəxəsis Maria Rakus deyir ki, ödəməni rədd etməyin səbəbi qabda elan olunmamış maddələr və ya xarici əşyaların olması ola bilər. Bənzər bir hal köhnəlmiş məhsullarda da mümkündür.

Hüquqşünas Kariana Barq isə hesab edir ki, yeməyin çəkisinə diqqət yetirmək lazımdır. Qarson menyuda olandan az yemək gətirirsə, azaldılmış yeməyə görə pul ödəməməlisiniz.

Restoran işində menecer və məsləhətçi kimi çalışan Katerina Masuk hesab edir ki, bəzi hallarda bitmiş yeməyin həddindən artıq büküldüyünü və ya yandırıldığını müşahidə edirik: "Bu texnoloji prosesin pozulmasıdır. Buna görə də pul ödəməmək lazımdır".

Həmçinin yeməyin tərkibindəki maddələrin uyğunsuz bir şəkildə əvəzlənməsi pul ödəməkdən imtina etmək üçün qanuni bir səbəb ola bilər. Çatdırılan yemək sifarişlə uyğun gəlmirsə, menecer və ya qarsonla əlaqə saxlamalısınız.

Bundan əlavə, mütəxəssislər çekin restoranın qiymət siyahısına uyğun olub-olmadığına diqqət etməyi tövsiyə edirlər. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84