Hamilə qadınlar kütləvi şəkildə koronavirusa youxur

16:45 - 27 Aprel
    545 oxunma

Rusiyada 394 hamilə koronavirusa yoluxub.

Bizimxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mamaçılıq və ginekologiya üzrə mütəxəssisi Leyla Adamyan bildirib. Onun sözlərinə görə, həmin qadınların 276-sı Moskvadadır və səhhətləri ağır deyil. 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə qurbanların sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84