“Hamı elə bildi ki, şəhid olmuşam” - Erməni maşınında gecələyən qazi

10:31 - 08 Dekabr
    1810 oxunma

"Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım". Bu sözləri "Qafqazinfo"ya iki gün təmas xəttində yaralı vəziyyətdə qalan qazimiz Samir Səmədzadə deyib.

Qax rayonunun Turaclı kəndində anadan olan 21 yaşlı Samir Səmədzadə 29 sentyabrda cəbhəyə yollanıb. Samir elə müharibənin ilk günlərindən silahdaşları ilə birlikdə döyüşə atılıb. O, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb.

Samir həmin anı belə xatırlayır: "Dostum yaralı idi. Onu çıxaranda ayağımdan vuruldum. Onun yarası yüngül idi. Mən isə özümdən getmişdim. Ayıldım ki, çox qan itirmişəm. Ayağımı bağladım, qan bir az azaldı. Hamı elə bildi ki, şəhid olmuşam. Bir qardaşımız da qolundan yaralanmışdı.

O, gecə ayılıb məni vurulan düşmən maşınının içinə saldı. Onun da taqəti qalmamışdı. Ayın 8-i səhərə kimi orada qaldım. İstəyirdim su içib, sonra şəhid olum. Ayın 10-u günortadan sonra bizimkilər gəlib şəhidləri götürəndə gördülər ki, sağam".

Qeyd edək ki, qazimiz evlidir və bir qız övladı var.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84