“Hakimiyyət çalışır ki, az vəsait xərcləsin” – QUBAD İBADOĞLU

15:38 - 30 Aprel
    1420 oxunma

“Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir”. “Koronavirus pandemiyası Azərbaycanda mövcud idarəçilikdə bir sıra problemləri aşkar çıxartdı”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

 Q. İbadoğlu koronavirusun Azərbaycanda 10 problemi aşkara çıxardığını qeyd edib:

“1.  Ölkənin statistik məlumat bazası mövcud gerçəkliklə uzlaşmır. Ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib.  Ölkədə  rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə  çoxdur, əhalinin isə dəqiq sayını hələ də bilən yoxdur.

2. Azərbaycanda yeni açılmış  iş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin  hesabına kifayət qədər şişirdilib.

3. Kölgə iqtisadiyyatının miyqasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur.

4. Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərin adına  onların xəbəri olmadan  əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib.

5. İnternet xidməti sürəti az, keyfiyyəti aşağıdır.

6. Bəzi dövlət orqanlarının Çağrı Mərkəzi müraciətləri cavablandırmaq gücündə deyildir.  Ən çox şikayət 142 saylı telefon xidmətindən oldu.

7. Bəzi dövlət orqanlarının on-line xidmətləri müraciətlərə adekvat qurulmadığında  tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət e-sosial.az saytından gəldi.

8. Aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqlar, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir, başqalarının adına yazılaraq mənimsənilir. Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri  icra  hakimiyyətlərinin başşıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir.

9. Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac vardır.

10. Əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən  gözləntiləri  gerçək ehtiyaclar üzərində qurulmayıb. Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin, əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84