Haftar ordusu qələbə qazandığını bəyan etdi

17:19 - 01 İyun
    1300 oxunma

Liviya Milli Ordusunun (LMO) feldmarşalı Xəlifə Haftar Liviyada yeni qələbə qazandığını bəyan edib. 

Bizimxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iyunun 1-də LMO nümayəndəsi Əhməd əl-Mismari bildirib.

Onun sözlərinə görə, Haftar ordusu Tripolidən 100 kilometr məsafədə yerləşən əl-Asabiya şəhəri üzərində nəzarəti bərpa edib.

O bildirib ki, bu nəticə, əl-Cebel əl-Qarbi şəhərində təkfirçi qruplaşmaları üzərinə bir sıra aviasiya zərbələri və hücumlardan sonra əldə olunub.

Qeyd edək ki, şəhər mayın 21-dən etibarən Milli Razılıq Hökuməti (MRH)tərəfindən idarə olunurdu.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84