Hafiz Hacıyev: “Ruslan Əliyev “Azəriqaz”ı qohumlar təşkilatına çevirib”

14:12 - 25 Yanvar
    6040 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib. Partiya sədri açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları əhalini ölkə Prezidentinə qarşı qaldırırlar: “Bunlar nə dövləti, nə də xalqı saymırlar. 

Hamısı Ramiz Mehdiyevdən qalma kadrlardır, xalqı, dövləti dağıtmaqla məşğul olurlar. Görün, bunlar nə qədər harınlayıblar ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru xalqdan oğurladığı pulların hesabına tələbə yoldaşı ilə bərabər özlərinə böyük istixana kompleksləri, biznes yerləri qurublarlar. Bu, çox ciddi qanun pozuntusudur, dövlətin qanunlarını saymamaqdır. Yəni, bu adamlar demək istəyirlər ki, biz dövləti, xalqı tanımırıq, saymırıq.

Onların məqsədi ölkədə inamsızlıq mühiti yaratmaqdır. Bu, Ramiz Mehdiyevin yaratdığı ideologiyadır ki, “Azəriqaz” rəhbəri və digərləri də bunu icra edirlər. Mən də nazir işləmişəm, amma heç zaman qohumlarımı, tələbə yoldaşımı o nazirlikdə vəzifəyə qoymamışam. Amma Ruslan Əliyev “Azəriqaz”-ı qohumlar təşkilatına çevirib. Sanki bu qurum qohumlar idarəsidir”.

Partiya sədri “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin korrupsiya əməllərinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına çağırış edib: “Məndə məlumatlar var ki, “Azəriqaz” rəhbərliyi camaatın sayğaclarından oğurladığı milyonların hesabına özlərinə böyük biznes şəbəkələri yaradıb. Azərbaycanın hüquq-mühafizə orqanları “Azəriqaz” İstehsalat Birliyində təcili yoxlama əməliyyatları keçirməlidir, bu quruma rəhbərlik edən şəxslər həbs edilməlidir.

Necə olur axı, hansısısa quldurlar qaz sayğaclarına müdaxilələr etməklə xalqın cibindən oğurladıqları pulların hesabına özlərinə istixana biznesləri yaradırlar, pomidor-xiyar satıb varlanırlar. Xalq isə soyuqdan donur, pis vəziyyətdə yaşayır. Bu cür məmurlar müzakirəsiz həbs edilməlidir”. /Konkret.az/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84