Hadrutdakı alban kilsəsi də erməni vandalizminə məruz qalıb (FOTO)

16:36 - 15 Oktyabr
    1240 oxunma

İşğalçı Ermənistan Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastrında da vandalizm törədib. Bu fakt ermənilərin müqəddəs məbədlərə münasibətinin və fərqli mədəniyyətlərə dözümsüzlüyünü göstərir.

Qaynarinfo xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sözügedən monastrın Hadrutun işğaldan azad olunmasından sonra çəkilən şəkilini öz feysbuk səhifəsində paylaşıb. Fotoşəkildə qədim kilsənin divarları üzərində törədilmiş vandalizmin şahidi olmaq mümkündür.

"Tuğ kəndindəki Qtiçavank monastırında törədilən vandalizm aktı açıq-aydın sübut edir ki, ermənilərin 1828-ci ildə İranın Marağa şəhərindən köçürülməsinin şərəfinə ucaldılan Marağa abidəsindən başqa Qarabağda heç bir mirası yoxdur”,- deyə G. Gözəlova qeyd edib.

  •  
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84