Hadı Rəcəblinin qardaşı qızının 300 minlik qalmaqalı

13:43 - 30 İyun
    2175 oxunma

Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşı qızı Firuzə Rəcəbli 2014-cü ildə "Zaminbank” ASC-dən götürdüyü külli miqdarda krediti ödəməkdən boyun qaçırır.

Bizimxeber.az index.az-a istinadən xəbər verir ki, kreditin əsas məbləği 300 000 manat, hesablanmış faizlərlə birgə isə 440 000 manat təşkil edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC-nin lisenziyası ləğv edilib. Ləğvetmə prosedurunu Əmanətlərin Sığortalanması Fondu icra edir.

Kreditini ödəməkdən boyun qaçıran Rəcəbli bildirib ki, borc üzrə iddia müddəti bitib. Beləliklə, Fond Firuzə Rəcəblini 2018-ci ildə məhkəməyə verib. Lakin məhkəmələr Rəcəblinin lehinə qərar çıxarıb.

Maraqlıdır ki, bu yaxınlarda Ali Məhkəmənin çıxardığı qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Firuzə Rəcəblinin atası və Hadı Rəcəblinin qardaşı Lənkəran Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbovdur. O, son parlament seçkilərində Lənkəranın 73-cü dairəsinin namizədlərinə və onların nümayəndələrinə qarşı təhdid və hədə-qorxu ilə yadda qalıb. /index.az/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84