Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - VİDEO

13:25 - 21 Yanvar
    5280 oxunma


Loading...

Xalq rəssamı Xanlar Əhmədov Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin heykəlini hazırlayıb. X.Əhmədov Baku TV-yə bildirib ki, bu işə böyük həvəslə başlayıb və yaratdığı obraz haqda çox araşdırma aparıb.

Xalq rəssamı heykəlin qoyulacağı ünvanın H.Z.Tağıyev obrazı ilə uzlaşdığını bildirib. Qeyd edək ki, H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından X.Əhmədovun layihəsi qalib seçilib.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinin bir qrupu ilə görüşündə H.Z.Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilib. Dövlət başçısının imzaladığı sərəncamla görkəmli xadimin abidəsinin ucaldılmasına qərar verilib.

 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84