Göyərtəsində 50 sərnişinin olduğu təyyarə qəzaya uğradı - YENİLƏNİB
-
1060 oxunma

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə "Sinxua” yerli TV-yə istinadən məlumat yayıb. Bildirilib ki, sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.
15.25
İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib. Təyyarə "Sriwijaya Air”ə məxsusdur. Məlumata görə, hava gəmisi Cakarta-Pontianak reysini həyata keçirirmiş.
"Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var. İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib. "FlightRadar24"ün xəbərin görə, əlaqənin kəsildiyi təyyarə 27 il əvvəl istehsal olunub. Təyyarə Cakartadan havaya qalxdıqdan 4 dəqiqə sonra əlaqə kəsilib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84