Gürcüstan sərbəst hərəkəti bərpa etdi

12:26 - 04 May
    1005 oxunma

Gürcüstanın Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışa qoyulan qadağa mayın 5-dən etibarən ləğv ediləcək.

Bizimxeber.az “Sputnik-Georgia.ru”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açıqlama verib. Bildirib ki, həftənin sonuna qədər qərarın Tbilisi və Rustavi şəhərlərinə də aid ediləcəyi gözlənilir.

“Sabahdan etibarən Batumi və Kutaisidə bütün növ hərəkət məhdudiyyətləri ləğv olunacaq. Yaxın günlərdə Tbilisi və Rustavi ilə əlaqədar müvafiq qərar qəbul ediləcək. Bu qərarlar ətraf bölgələrdəki epidemioloji vəziyyətlə birbaşa bağlıdır. Ümid edirik ki, məsələ bu həftənin sonuna qədər müsbət yöndə həll olunacaq”,- deyə Baş Nazir bildirib.

Qeyd edək ki, aprelin 15-dən etibarən Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış qadağan edilmiş və sərbəst hərəkətə məhdudiyyətlər qoyulmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84