Gürcüstanın XİN rəhbəri Azərbaycana niyə gəlir?

22:04 - 16 Fevral
    10680 oxunma

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

Səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak etməkdir. 

Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, səfər çərçivəsində David Zalkaliani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici siyasət idarəsinin başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər keçirəcək. 

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib və həmin iclasda növbəti 9-cu görüşün Bakıda keçirilməsi barədə razılıq əldə olunub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84