.
.

“Gürcüstanın NATO-ya üzv olmasının vaxtı çatıb” - Qaribaşvili

01:10 - 06 Aprel
    7360 oxunma

“NATO-nun Gürcüstana, Gürcüstanın da NATO-ya ehtiyacı var. Gürcüstanın artıq NATO-ya üzv olmasının vaxtı çatıb”. 

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun yaradılmasının 72-ci ildönümü münasibətilə yaydığı açıqlamada deyib. Baş nazir bildirib ki, ölkəsi NATO-nun qlobal təhlükəsizlik əməliyyatlarında yaxından iştirak edir: “Gürcüstanın NATO-nun tamhüquqlu üzvü olmasının vaxtı çatıb. Bu məsələni keçən ay Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə müzakirə etdik”.

“İttifaqın Qara dəniz bölgəsinə doğru genişlənməsinin Avropa ilə dünya təhlükəsizliyi üçün bir şərt olduğuna və NATO-nun Gürcüstana, Gürcüstanın da NATO-ya ehtiyacı olduğuna inanırıq”, - o əlavə edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84