Gürcüstanda yeni parlament öz işinə başladı

15:40 - 11 Dekabr
    1920 oxunma

Gürcüstanın onuncu çağırış parlamentinin səlahiyyətləri Gürcüstanda yeni seçilmiş qanunverici orqanın bu gün keçirilən ilk plenar iclasında təsdiqlənib. Parlament üzvlərinin səlahiyyətlərinin təsdiq olunduğu qərar layihəsi 87 millət vəkili tərəfindən dəstəklənib.

Yeni parlament işə başladıqdan sonra Gürcüstan hökuməti avtomatik olaraq istefa verir. Nazirlər kabineti yeni hökumətin təsdiqinə qədər icraedici faəliyyətinə davam edəcək.

Qeyd edək ki, yeni seçilmiş parlamentin bu gün keçirilən ilk iclasında yalnız hakim “Gürcü arzusu” partiyasından olan millət vəkilləri iştirak edir.

Belə ki, 31 oktyabr parlament seçkilərindən sonra parlamentə daxil olan müxalifət üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edərək parlament mandatlarından imtina ediblər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84