.
.

Gürcüstanda siyasi qalmaqal - Baş nazirin istefasını tələb edirlər

13:16 - 08 Mart
    6440 oxunma


Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində mülki fəallar və müxalifət nümayəndələri ölkənin Baş naziri İrakli Qaribaşvilinin istefası tələbi ilə etiraz aksiyası keçirib. 

Bu barədə Bizimxeber.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir. Aksiyaya müxalif “Pirveli” telekanalının efirində səsləndirilən audioyazı səbəb olub. Sözügedən audioyazıda guya Bera İvanişvili (hakim “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvlinin oğlu-red.) və İrakli Qaribaşvili birincisini sosial şəbəkələrdə təhqir edən insanların cəzalandırılmasını müzakirə edirlər. Reportaj KİV və Gürcüstanın siyasi dairələrində ajiotaja səbəb olub.

Hakim “Gürcü arzusu”nda audioyazıda İvanişvili və Qaribaşvilinin səslərinin eşidilməsini inkar etmirlər, lakin vurğulayırlar ki, süjet ayrı-ayrı kəlmələrdən yığılıb. Müxalif partiyalar fərdi məlumatların qanunsuz yayılmasını qınayıblar. Onlar istintaqa başlamağa və ən azı proses bitənədək Baş nazir İrakli Qaribaşvilini vəzifədən azad etməyə çağırıblar.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84