Gürcüstanda seçkilərdə qalib gələn müxaliflər mandatdan imtina etdilər​​​​​​

18:14 - 02 Noyabr
    2060 oxunma

Gürcüstanda 31 oktyabr seçkilərində səslərin 3 faizdən bir qədər çoxunu qazanan iki parlament partiyası mandatı rədd edib. “Sputnik Gürcüstan” xəbər verir ki, müxalif “Avropa Gürcüstanı” parlamentə girmək və parlament seçkilərinin ikinci turuna qatılmaqdan imtina edib.

Partiyanın rəhbəri David Bakradze bildirib ki, 31 oktyabr 2020-ci il seçkiləri azad, ədalətli olmayıb və xalqın iradəsini əks etdirməyib.

Digər müxalif partiya, “Gürcüstanın Vətənpərvərlər Alyansı” da parlamentdə təmsil olunmağı qəbul etməyib. Alyansın siyasi katibi Qoça Tevdoradzenin dediyinə görə, partiya deputat mandatından imtina edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84