Gürcüstanda rekord yoluxma - Qonşu ölkələrdə son vəziyyət

11:43 - 27 Noyabr
    1670 oxunma

Gürcüstanda son 24 saat ərzində daha 4 780 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa günlük yoluxma sayında rekord qeydə alınıb. xəbər verir ki, Gürcüstanın “stopcov.ge” portalının məlumatına görə ölkə üzrə koronavirusa yoluxanların sayı 123 min 470 nəfər təşkil edir.

Sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1161-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 102 min 270 nəfərdir. Ermənistanda son sutka ərzində daha 1476 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 132 min 346 nəfərə çatıb. Daha 22 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2090-ə çatıb. Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84