Gürcüstanda parlament seçkilərinin tarixi bəlli oldu  

16:20 - 31 Avqust
    2825 oxunma

Gürcüstan Parlamentinə və Acarıstan Ali Şurasına seçkilər 31 oktyabrda keçiriləcək.

Bizimxeber.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, müvafiq sərəncam Prezident Salome Zurabişvili tərəfindən imzalanıb. “Bu seçkilər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Keçiriləcək seçkilər bir daha demokratiyamızı təsdiqləməlidir”,- deyə Gürcüstan Prezidenti açıqlamasında bildirib.

Qeyd edək ki, Gürcüstanda bu il parlament seçkiləri yeni qarışıq sistemdə keçiriləcək. Belə ki, 120 millət vəkili proporsional sistem üzrə, 30 millət vəkili isə majoritar sistem üzrə seçiləcək. Bu günə qədər seçkilərdə iştirak etmək üçün 59 qeyri-parlament partiyası qeydiyyatdan keçib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84