Gürcüstanda otellər fəaliyyətə başladı - Bəs Azərbaycanda?

11:55 - 13 Avqust
    1880 oxunma

Gürcüstan hökuməti ölkə üzrə 2964 oteldə təftiş aparıb, onların pandemiyadan sonrakı dövrdə fəaliyyət üçün hazırlığını yoxlayıb. Otellərdən 1454–nün fəaliyyətinin bərpa edilməsinə icazə verilib. Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəhbəri Beka Peradze məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən ölkədəki otellərin fəaliyyəti mart ayının ortalarından dayandırılıb. Hökumət iyunun 8-də xüsusi yoxlamalardan sonra otellərin fəaliyyətinə icazə verib. Bu qərar fitnes klublara və qapalı üzgüçülük hovuzlarına da şamil edilib. Lakin bu obyektlər xüsusi yoxlamadan sonra fəaliyyətə başlamalıdır. Bu günədək 297 idman zalında yoxlamalar aparılıb və onlardan yalnız 166-nın fəaliyyətinə icazə verilib. Eyni zamanda, 140 qapalı hovuzdan 91-i fəaliyyətini davam etdirmək üçün lisenziya ala bilib.

Hökumət fəaliyyətinə icazə verilən obyektlərin rəhbərləri qarşısında sosial məsafənin saxlanılması qaydalarına riayət olunması, dezinfeksiya işlərinin aparılması, hərarətin ölçülməsi və digər şərtlər qoyub. Bu qaydalara riayət etməyən obyektlərin sahiblərinə cərimələr tətbiq olunacaq. Belə ki, əvvəlcə onlara xəbərdarlıq ediləcək. Qaydaların təkrar pozulacağı təqdirdə hüquqi şəxslər 10 min, fiziki şəxslər isə 2 min lari məbləğində cərimə olunacaqlar.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84