Gürcüstanda neçə Azərbaycan vətəndaşı həbsdədir

11:25 - 29 May
    730 oxunma

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir.

Bizimxeber.az Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib. Aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər azalıb.

Gürcüstanda ittiham olunan 16 Azərbaycan vətəndaşı var ki, onların 11-i kişi, 5-i isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 90 nəfərdir. Onların 81-i kişi, 9-u isə qadındır.

Probasiya nəzarətində isə 21-i kişi, 2-si qadın olmaqla 23 Azərbaycan vətəndaşı saxlanılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84