Gürcüstanda hakimiyyəti devirməyə çalışıblar - İstintaq başlandı

22:37 - 06 Noyabr
    2050 oxunma

Gürcüstanda hakimiyyəti devirməyə hazırlıq faktı üzrə cinayət işi açılıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  saytında məlumat paylaşılıb. Bildirilib ki, bir sıra şəxslər ölkədə parlament seçkilərində arzuolunmaz nəticələr əldə olunarsa, hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından və hərbçilərdən ibarət mobil qruplar belə yaradılıb.

DTX-nin məlumatına görə, artıq bəzi şahidlərin ifadələri alınıb. İstintaqa cəlb edilənlər arasında hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icra katibi irakli Kobaxidze də var. 

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinə əsasən, “konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirməyə” görə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84