Gürcüstanda daha bir rekord - Qonşu ölkələrdə son vəziyyət

11:51 - 04 Dekabr
    3310 oxunma

Gürcüstanda son 24 saat ərzində daha 5063 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə günlük yoluxma sayında rekord göstərici qeydə alınıb. Bizimxeber.az "stopcov.ge" portalına istinadən xəbər verir ki, bununla ölkədə ümumi yoluxma hallarının sayı 152 min 704-ə çatıb.

Sutka ərzində daha 38 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1425-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 126 min 904 nəfərdir. Ermənistanda son sutka ərzində daha 1184 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 139 min 692 nəfərə çatıb. Daha 23 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2277-yə çatıb. Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84