Gürcüstan yeni hərbi texnika və silah alır - NATO standartlarına uyğun...

13:43 - 03 İyun
    1060 oxunma

Gürcüstan müdafiə qüvvələrinin silah və hərbi texnikasını yeniləmək niyyətindədir. Bu məqsədlə cari ildə NATO standartlarına uyğun bir neçə yüz ədəd yeni hərbi texnika almağı planlaşdırırıq.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Müdafiə naziri İrakli Qaribaşvili “Rustavi 2” televiziyasındakı çıxışı zamanı məlumat verib. Nazir deyib ki, müdafiə qüvvələri ölkədə koronavirusun yayılmasının qarşısının alınmasına mühüm töhfə veriblər. Lakin proses zamanı bəzi texniki problemlər müəyyən edilib. Cari ildə əsas vəzifələrimizdən biri də köhnəlmiş hərbi texnikaları yeniləri ilə əvəzləməkdir.

“Biz NATO və Avropa standartlarına uyğun xüsusi texnika və avadanlıq almağa hazırlaşırıq. Ordumuz müasir texnika ilə vəzifələrinin öhdəsindən daha layiqincə gələcək”, - deyə İ.Qaribaşvili vurğulayıb.

Tərlan
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84