.
.

Gürcüstan vəziyyətdən çıxdı -  yumşaldılmalara gedir

11:15 - 14 Mart
    7640 oxunma

Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir. Sbahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir. 

Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, Gürcüstanda mərhələli şəkildə məhdudiyyətlərin qaldırılması barədə planı fevralın 24-də Baş nazir İrakli Qaribaşvili açıqlayıb. Martın 1-dən məktəbəqədər hazırlıq kurslarının, özəl və ictimai uşaq bağçalarının fəaliyyəti bərpa edilib, martın 8-dən isə xizək turizmi obyektləri açılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84