Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

21:25 - 28 May
    1125 oxunma

“Ermənistanın Xəstəliklərə Nəzarət Mərkəzi ölkədə koronavirusla mübarizə sahəsində Gürcüstanın hər hansı bir köməyinə ehtiyacı olması ilə bağlı məsələ qaldırsa hazırıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Ermənistanın Səhiyyə Nazirliyi pasiyentlərin müalicəsi üçün müraciət etsə, Gürcüstanın Səhiyyə Nazirliyi kömək göstərə bilər: “Biz dost xalqlarıq və bir-birimizi hər zaman dəstəkləyirik. Mərkəzimizin Ermənistanın Xəstəliklərə Nəzarət Mərkəzi ilə çox yaxşı münasibətləri var. Biz tez-tez müxtəlif dərman və peyvəndlərin mübadiləsini həyata keçiririk”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84