“Gürcüstan ərazisi ilə hərbi tranzit həyata keçirilmir” - Laşa Darsalia

13:46 - 13 Oktyabr
    5310 oxunma

“Gürcüstan ərazisi ilə münaqişə tərəfləri - Azərbaycan və Ermənistana hərbi tranzit həyata keçirilmir”. Bizimxeber.az bunu Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia deyib. O bildirib ki, Gürcüstanın hava məkanı ilə yalnız mülki uçuşlara icazə verilir.

“Bir daha bildirmək istəyirik ki, hərbi tranzit Gürcüstan ərazisindən həyata keçirilmir. Gürcüstanın əlində olan sənədlərə görə, bizim hava məkanı ilə həyata keçirilən uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır və “ICAO” standartlarına tam uyğundur.

Gürcüstan ticarət yükləri də daxil olmaqla, humanitar və mülki məsələlərdə beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edir. Bu, “ICAO” qaydaları da daxil olmaqla, beynəlxalq hüquqa tam uyğun olaraq edilir. Buna baxmayaraq, mediada sanki Gürcüstan ərazisi ilə mülki uçuşlarla hərbi daşımalar həyata keçirilməsi ilə bağlı manipulyasiyalar artıb”, - deyə L. Darsalia qeyd edib.

Nazir müavini vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında eskalasiya başladığı vaxtdan Gürcüstan ərazisi ilə hərbi yüklərin tranziti həm Azərbaycan, həm də Ermənistan istiqamətində quru və hava yolu ilə dayandırılıb. (APA)

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84