Gürcüstan üç peyvəndin tətbiqini nəzərdən keçirir

14:23 - 06 Yanvar
    1050 oxunma

“Gürcüstan koronavirus əleyhinə üç vaksin – “Pfizer”, “Moderna” və “Astrazeneka” peyvəndlərinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir”. Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib. 

Onun sözlərinə görə, ölkədə vaksinasiyaya başlamaq üçün bir sıra prosedurlar tələb olunur: “Peyvəndin tətbiqi ilə bağlı plan hazırlanır və sənədin gələn həftənin sonuna yaxın rəsmiləşdiriləcəyi gözlənilir”.

Qeyd edək ki, qonşu ölkənin COVID-19-a qarşı vaksini bu ilin martında əldə edəcəyi gözlənilir. Peyvəndləmə əhalinin 20%-i üçün nəzərdə tutulub və dövlət hesabına həyata keçiriləcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84