Gürcüstan bankında girov götürülənlərin - Videosu

12:34 - 22 Oktyabr
    9640 oxunma

Ötən gün Gürcüstanın Zuqdidi şəhərində bir silahlı şəxsin “Bank of Georgia”nın işçilərini və müştərilərini girov saxladığı anın videogörüntüləri yayılıb. Bizmxeber.az “Life.ru”ya istinadən xəbər verir ki, silahlı şəxs girovlardan birinə bank filialında baş verənlərin hamısını lentə almasını və televiziya kanallarından birinə göndərməsini əmr edib.

Kadrlarda əlində avtomat və əl qumbarası olan maskalı cinayətkarın stulda, girovların yerdə əyləşdiyi görünür. Silahlı şəxs hüquq-mühafizə orqanı əməkdaşları ilə dialoqdan sonra girovları sərbəst buraxıb, özü isə polisə təslim olub. Qeyd edək ki, bank işçiləri və müştərilər 7 saat girov saxlanılıblar.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84