Gürcüstan azərbaycanlı vətəndaşlarını ölkəyə buraxmır - FOTO

13:15 - 22 İyul
    2335 oxunma

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkə ərazisinə daxil olmaqla bağlı çətinliklə üzləşiblər. Report xəbər verir ki, 140 nəfər “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb.

Onların Gürcüstana keçmələrinə hələlik icazə verilmir. Soydaşlarımız COVID-19 testi verməyib və Vətəndə karantinə alınmağa razıdırlar. Həmin şəxslər arasında ahıl, xəstə, uşaqlı qadınlar və azyaşlılar var. Gürcüstan tərəfinin sərhədi nə zaman açacağı məlum deyil.

Qeyd edək ki, ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan ölkə ərazisinə keçmələrinə icazə veriləcəyi bildirilib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84