Gürcü yepiskop Borçalını yenə qarışdırdı

10:50 - 05 İyun
    1490 oxunma

Marneuli və Hucab Yeparxiyasının yepiskopu Georgi Çamdeliani Borçalıda yaşayan azərbaycanlılara qarşı növbəti təxribatçı bəyanatla çıxış edib. 

Bizimxeber.az-ın n Marneuli radiosuna istinadən verdiyi məlumata görə, keşiş  Sovet Azərbaycanının dövlət xadimi, yazıçı Nəriman Nərimanovun abidəsinin götürülməsi ilə bağlı növbəti açıqlama verib. Yepiskop Georgi  Nəriman Nərimanovun abidəsinin yerinə Xudu Borçalının və Kartli-Kaxetiya çarı ikinci İraklinin abidəsinin ucaldılmasını təklif edib.

Onun bu təşəbbüsü gürcüstanlı soydaşlarımız arasında ciddi tənqidlərə səbəb olub. “Facebook” sosial şəbəkəsində rəy yazan borçalılar yepiskopun son təklifini azərbaycan türklərinə qarşı təhqir kimi qiymətləndirib. Çünki Xudu Borçalı  gürcü çarı II  İrakli ordusunda süvari dviziyaya rəhbərlik edib. II İrakli ona general rütbəsi verib. 

Xudu Borçalı gürcü çarının ordusunun tərkibində sərkərdə kimi Naxçıvan xanlığına hücum edib və Şükürəli xana qalib gəlib. Bundan başqa o, 1795-ci ildə II İraklinin əmri ilə Ağa Məhəmməd Şah Qacara qarşı vuruşub. Bu “xidmətləri”nə görə çar ona general rütbəsi verib. Qeyd edilən səbəblərdən Gürcüstanda yaşayan azərbaycanlılar Xudu Borçalını qəhrəman hesab etmir. Görünür, yepiskop Georginin  Nəriman Nərimanovun abidəsinin yerində Xudu Borçalıya  abidə qoymağı təklif etməsi də onun gürcülərin tərəfində Azərbaycan türklərinə qarşı döyüşməsi ilə bağlıdır. 

II İrakli də Ağa Məhəmməd Şah Qacara qarşı müharibə aparmaqla yanaşı, Gəncə xanlığına qarşı ərazi iddiasında olub. Bu baxımdan, N.Nərimanovun abidəsini söküb yerində Xudu Borçalının və II İraklinin heykəlini ucaltmaq təklifini soydaşlarımız təhqir kimi qəbul edib.

Qeyd edək ki, yepiskop Georgi Çamdeliani Nəriman Nərimanovun abidəsinin dövlət hesabına təmir olunmasına qarşı çıxıb və heykəlin sökülməsini təklif edib. O, öz fikrini Nərimanovun bolşevik olması ilə izah edib. Lakin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti yaranmış mübahisə ilə əlaqədar bəyanat yayaraq bölgədə milli-irqi ayrıseçkiliyi yayan, təxribat və münaqişə yaratmağa çalışan saxta vətənpərvər qüvvələrin meydana çıxdığını bildirib. Faktla bağlı DTX tərəfindən cinayət işi açılıb.

Gürcüstan Müsəlmanları İdarəsi  qarşıdurma təhlükəsini dinc yolla həll etmək üçün Marneuli və Hucab Yepiskorluğu ilə danışıqlara başlasa da müsbət nəticə əldə olunmayıb. İstintaqın  gedişatı ilə bağlı açıqlama verilmir.

Marneulidən  olan hüquq müdafiəçisi Samirə Bayramova Dövlət Təhlükəsilik Xidmətinə çağırılaraq istintaqda dindirilib. 

Ekspertlərin fikrincə, həm N. Nərimanovun abidəsi ətrafında yaranmış qalmaqal, həm də Keşikçidağ monastrına Gürcüstan tərəfindən təxribatçı iddiaların yenidən gündəmə gəlməsində Rusiyanın və Ermənistanın rolu var. 

Azad Əliyev
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84