Gürcü mediası Hadrutun azad edilməsindən yazdı

00:12 - 14 Oktyabr
    1200 oxunma

Gürcüstanın nüfuzlu report.ge, 24news.ge, aktual.ge informasiya agentlikləri işğaldan azad olunan Hadrut qəsəbəsində Azərbaycan Bayrağının ucaldılmasından yazır. Bizimxeber.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntüləri yayımlayan saytlar Azərbaycan Ordusunun digər qələbələri, cəbhə bölgəsində məhv edilmiş Ermənistan silahlı birləşmələrinin silahlarının sayı və fotolarını da oxucuların diqqətinə çatdırır.

Azərbaycan, rus, gürcü və ingilis dillərində yayılan məlumatlarda, həmçinin Azərbaycan Baş Prokurorluğunun ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində 42 nəfərin həlak olması, 206 nəfərin yaralanması, eləcə də çoxmənzilli yaşayış binalarının, şəxsi mülklərin və mülki obyektlərin dağılması barədə məlumatı, Fövqəladə Hallar nazirinin işğaldan azad olunacaq şəhər və kəndlərin abadlaşdırılacağı barədə fikirləri də oxuculara çatdırılıb./Modern.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84