. .

Gömrükdəki qanunsuz şirkətlər dövlətə sistemli ziyan vurur - ARAŞDIRMA 

13:19 - 23 Aprel
    7320 oxunma

Torpaq naminə canından keçən qazilərimizin nazirliyin qarşısına çıxmasından məmnunsunuzmu? 

Ötən ildən başlayan məlum pandemiya bütün dünyanın iqtisadi, siyasi, mədəni və eləcə də psixoloji durumuna ciddi ziyan vurmaqdadır. Yaranmış məlum vəziyyətdən çıxmaq üçün hər bir ölkə “yol xəritəsi” hazırlayaraq vəziyyətə nəzarət mexanizmini işə salıb. Vaksinasiya, sosial durumun yaxşılaşdırılması proqramları və sairə.

Avropa ölkələrində vəziyyət demək olar ki, qismən düzəlib. Qonşu Gürcüstanda, Rusiyada artıq COVİD-19 demək olar ki, bitmə mərhələsindədir. Ölkələr mərhələli şəkildə üstündəki yükü azaldır.

Bəs yaşadığımız Azərbaycanda vəziyyət necədir? Biz çıxa bilirikmi?

Ölkədə yaranmış ağır sosial-iqtisadi durumun səbəbi ancaq pandemiyadırmı? Başqa səsəblər yoxdurmu?

Bu suallar ətrafında bir qədər geniş müstəvidə müzakirə açmaqla yanaşı, yaranmış problemlərin həlli istiqamətində atılan addımların hansı effekt verdiyinə, yaxud niyə nəticəsiz olduğuna nəzər salmaq mümkündür. Səbəbləri də asanlıqla görmək olar.

Pandemiya, ardınca İkinci Qarabağ müharibəsi çətin bir dönəm yaratmalıydı ki, aylardı hər kəs bunu hiss etməkdədir.

İkinci Qarabağ müharibəsindən öncə başlayan islahatlar, korrupsiyalaşmış məmuların həbsi, köhnə qvardiyanın kənarlaşdırılması, hətta bu gün də davam etməsi bir daha göstərir ki, lazımı nəticə hələ alınmayıb.

Bütün bunlarn fonunda hətta Qarabağ qazilərinin  Sosial Müdafiə Nazirliyinin qarşısında “pulumuzu verin!”, “Əlillik qruplarımızı düzgün qiymətləndirin!” kimi şuarlar altında aksiyalar təşkil etməsi vəziyyətin necə olduğunu ortaya qoymuş olur.

Açıq şəkildə görünür ki, ölkədə ya ciddi sosial- iqtisadi problem var, ya da hansısa məmur qruplaşması problemlərin həllindən çox, artması naminə var gücü ilə çalışır. Bir qədər də dərinə getsən bu gedişlə vəziyyətin günü-gündən pisləşəcəyini proqnozlaşdırmaq olar.

Amma kadr islahatları ilə yanaşı, korrupsiya ilə məşğul olan şəxslərin həbsi davam edir və auditoriya bir qədər genişlənir. Hətta avropada təhsil alıb kimi düşüncələrlə yeni komandada təmsilçiliyə alınan gənc kadrların belə həbsinin şahidi oluruq.

Bütün bunlar göstərir ki, yaranmış vəziyyətin idarə olunması üçün kimin, hansı komandada təmsil olunmanın fərqi yoxdur. Rüşvət alıbsa, doğru işləməyibsə, vətəndaşların sistemli və məqsədli incidilməsində rolu olubsa cəzalandırılacaq.

Bəs ölkənin idarə olunmasında, hətta məhz sosial-iqtisadi problemlərin köklü şəkildə qarşısının alınması üçün daha təmiz işləməli olan qurumlardakı vəziyyətə kim və nə zaman əl gəzdirəcək?

Ölkənin İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Neft Fondu, Milli Bankı kimi böyük gəlir gətirən qurumlarında iş prinsiplərinə, onların fəaliyyətindəki nöqsanlara kim və nə zaman nəzarət edəcək?

Televiya kanallarında, ölkə mətbuatında hər gün sistemli inkişafdan, uğurlarımızdan ağız dolusu danışılır, layihələrdən, islahatlardan söhbət açılır. Belə anlaşırılır ki, hələlik bizə bəlli olmayan növbəti illərdə ölkəmizin iqtisadi durumu daha da güclənəcək, insanlarımız daha yaxşı yaşamağa başlayacaq.

İqtisadiyyatımızın gələcək planları qurulurkən sosial-iqtisadi vəziyyətin hər gün geriləməsi, bazar və marketlərdə qiymətlərin sürətlə artmasını necə əsaslandırmaq olar?

Əgər vətəndaş bu gün normal yaşaya bilmirsə, sabah üçün neçə çalışsın?

Əsl sual isə budur  - vətəndaş nədən problemlər məngənəsində boğulur?

Super həyat tərzi deyil, adi dolanışığını qura bilməyən vətəndaşın günahı nədir?

Ölkəmizə əsas gəlir gətirən, sahibkarların sərbəst fəaliyyəti üçün maneəsiz sistemə sahib olmalı olan qurumlarda vəziyyətin hansı durumda olduğunu niyə görmürük?

Təsəvvür edirsinizmi ki, Dövlət Gömrük Komitəsində nələr baş verir? Ölkənin güclü iqtisadiyyatının formalaşmasında əsas rola malik olan sahibkarlara bu qurumda hansı əngəllər yaradılır?

Bu badərə dəfələrlə yazılıb, deyilib. Sahibkarların bu qurumun qarşısında saysız aksiyaarının şahidi olmuşuq. Amma çi fayda, heç nə dəyişmir və Səfər Mehdiyev hələ də öz əməlləri ilə məşğuldur.

Ola bilsin ki, Səfər Mehdiyev ilin sonunda - büdcə ödəmələrini 100 faiz yerinə yetirərkən “bəh-bəh”lə qarşılanır. “Hesab düz, kitab düz” prinsipinə sadiq qalıb ödəmələri yerində, hələ bir qədər də artıq.

Amma bu ödəmələr hansı yollarla toplanıb, bu pulun toplanması üçün neçə sahibkar incidilib?

Bu ödəmələrin altında iqtisadiyyatı gələcəkdə hansı ciddi problemlər gözləyir?

Bu adi məntiqdir, cənablar. Gömrük sistemi şəffav olarsa zatən büdcə ödəmələri indikindən də artıq olacaq. Şəffavlıq olacaqsa gələcək inkişaf daha da sistemi olacaq.

Amma... Əmması odur ki, bu gün buna imkan verilmir.

Ötən günlərdə yazmışdıq ki, Dövlət Gömrük Kimitəsində adı olub özü olmayan, qanunsuz fəaliyyət göstərən şirkətlər sözün əsl mənasında at oynadır. Belə şirkətlərin sayının hər gün artırılması ölkə iqtisadiyyatının çökdürülməsi ilə yanaşı işsizliyin artması, qiymət artımı və sair faktorlar yaradır.

Bu necə baş verir?

Təsəvvür edin ki, böyük anbarlara sahib, yüzlərlə işçi saxlayan, sosial vergi ödəyən, qanuni şəkildə fəaliyyət göstərən onlarla şirkət fəaliyyət göstərə bilmədiyi üçün başlanmaq məcburiyyətində qalıb.

Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmisi ilə görüşübNədən fəaliyyət göstərə bilmir? Rəqabətəmi davam gətimir, yoxsa süni əngəllər var?

Çünki hansısa məmurların, lap elə Səfər Mehdiyev kimilərin yaxın adamlarının, dostlarının, tanışlarının qanunsuz fəaliyyət göstərən, vergi ödəməyən, heç bir rəsmi işçisi olmayan “şirkət”ləri gömrükdə istədiyini edir. Onlara “qaşın altda gözün var” deyən yox, “qanuni yolla işlə” tələbi yox, “qiymət siyasətinə əməl et” məcburiyyəti yox. “Al gülüm, ver gülüm” prinsipi və nəticə də ortada...

Əlbətdə büdcə də dolur, ciblər də.

Qanuni sahibkarlıqla məşğul olan insanlar, bütün incəliyi, dövləti, vətəndaşı düşünən, rəqabət istəyən sahibkarlar yaranmış süni əngəllər qarşısında davam gətirə bilmir, işini və işçilərini itirir. Bu da onlarla insanın işsiz qalması ilə yanaşı gömrükdəki monopoliyanın saxlanmasına şərait yaradır. Bu qədər sadə və bəsit...

Prosessin ən maraqlı tərəfi budur ki, Dövlət Gömrük Komitəsinin işinə nəzarət etməli olan qurumlar, əsasən də Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov baş verənləri hələ də görmür. Bu qanunsuz şirkətlərin kimin nəzarətində olması, onların niyə qanunsuz fəaliyyət göstərməsinə görə, heç kim heç bir addım atmır.

Hər gün sayı çoxalan belə qanunsuz fəaliyyət göstərən şirkətlərin qazandığı pulların neçə faizi dövlət büdcəsinə ödənilir? Necə ödənilir? Hansı sənədləşmələrlə ödənilir bu artıq bizim biləcəyimiz məsələ deyil. Qanunsuz fəaliyyət göstərən şirkətlərin pulunu axı necə qanuni ödəmə sayıla bilir, bax bunun da cavabını biz bilmərik...  

Ümumiyyətlə, nədən Gömrük sisteminin şəffaf olmasını istəmirlər? Uzun illərdir gömrükdəki məlum vəziyyətə nədən “daha bəsdir” deyilmir?

Ölkə iqtisadiyyatının, qiymət sistemin tənzimlənməsinin, əhalinin sosial rifahının yaxşılaşdırılmasında əsas rolu Gömrük sisteminin şəffavlaşdırılamsında olduğunu bilmək bu qədərmi çətindir?

Sahibkarlara sərbəst şəraitin yaradılması, gömrükdəki əngəllərin və monopoliyanın götürülməsi, qanuni fəaliyyətin tənzimlənməsi ölkəmizin iqtisadi uğurlarına gətirib çıxaracaqsa, nədən buna mane oluruq?

Doğrudanmı, Səfər Mehdiyev və onun kimi aidiyyatı qurumların rəhbərləri bu inkişafı, sistemli fəaliyyəti istəmir?

Axı neə ola bilər ki, qanunsuz fəaliyyət göstərən şirkətləri hamı görür, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov görmür?

Sərbəst iqtisadi inkişafı əngəlləyən məmurlar yaşamaq üçün əlində çəliklə, vətən, torpaq naminə canından keçən qazilərimizin etiraz olaraq nazirliyin qarşısına çıxmasından məmnundurmu?

Hər gün qalxan qiymətləri, adi dolanışığın çətinləşdiyini, kasıb təbəqənin artıq ümidlərinin tükəndiyini görümürükmü?

Ədil Hüseynli
Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84