Gömrükdə qanunsuz şirkətlərin sayı bu il də artdı - Səfər Mehdiyev və Azər Məmmədov nə fikirləşir?

16:31 - 19 Yanvar
    7880 oxunma


Ölkəmizin kölgə iqtisadiyyatından çıxarılması, sağlam rəqabət mühitinin yaradılması, “qara bazar”ın ləğvi mövzusunda müzakirələr getsə də, bu istiqamətdə nəinki inqilabi yeniliklərin, ciddi dəyişikliyin şahidi olmuruq.

Elektron hökumətə keçid və həyata keçirilən islahatlar bu sahədə köklü dəyişikliklər böyük ümidlər yaradsa da, nəticədə hər şey gözləntiləri puç edir. Dövlətin iqtisadi sütunlarını təşkil edən strateji sahələrin – xüsusən gömrük sahəsində baş verən neqativ hallar, bu sahədə hələ də inhisarçıların xüsusi imtiyazlara malik olması yolu gömrükdən düşən hər kəsin problemidir.

Təsadüfi deyil ki, son dövrlər vaxtaşırı olaraq Dövlət Gömrük Komitəsinin ləğv ediləcəyi, digər qurumlara birləşdirilicəyi və bu sahədə şəffaflıq yaranacağı ilə bağlı məlumatlar tirajlanır. Lakin üzərindən xeyli zaman keçsə də, çoxlu sayda aparıcı qurumların fəaliyyətinə yenidən baxılsa da, Gömrük Komitəsi ilə bağlı müəmmalar davam edir. Bütün hallarda bu dövlət rəhbərliyinin qərarıdır.

Ölkədə idxal-ixrac əməliyyatlarının aparılmasına məsul qurum – Dövlət Gömrük Komitəsidirsə, onun borcudur ki, bu sahədə islahatlar apararaq, müasir dövrün tələbləri ilə uyğunlaşsın.

Gömrük sistemində uzun müddətdir davam edən,dəfələrlə gündəmə gələn və nəticə etibarilə dövlətin giriş-çıxış qapısını təhdid edən, elementar vergi, sosial müdafiə xərclərini ödəməyən, adı sadəcə kağız üzərində qaranlıq şirkətlərin gömrük keçid məntəqələrində “aktiv fəaliyyəti” diqqətdən yayınmır. 

Bu xüsusda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fikirlərinə yer verək: “2015-ci ilə qədər korrupsiya, qeyri-şəffaflıq indikindən xeyli çox olub. Hazırda isə bu sahədə vəziyyət şəffafdır”.

Cənab sədr qeyd etdiyi dövrdə həmin komitədə mühüm şəxslərdən biri – Komitə sədrinin birinci müavini idi deyib, müzakirələrin səmtini də dəyişmək olar. Buna ehtiyac yoxdur. Nədən ki, gömrük sahəsində vəziyyət heç də komitə sədrinin söylədiyi kimi, bu gün də şəffaf deyil. Bunu görmək üçün iqtisadçı olmağa, statistik təhlillər aparmağa, gömrük kurslarına gedib, “deklarant” olmağa da gərək yoxdur.

Bəlli həqiqətdir ki, bu gün gömrükdə baş verənlər nəinki həmin qurumun, bütövlükdə Azərbaycan hökumətinin əleyhinə yönəlir, müxtəlif beynəlxalq hesabatlarda öz əksini tapır.

Bütün hallarda beş verənlər gömrük sahəsində islahatlar həyata keçiriləcəyi barədə təsəvvürləri məhv edir, yaxın gələcək üçün yaxşı heç nə vəd etmit. Azərbaycan ən böyük problemini – Qarabağ problemini həll etsə də, hələ də gömrükdəki problemi həll edə bilmir.

Hələ də bu gün heç bir fəaliyyəti olmayan, dövlət büdcəsinə vergi ödəməyən, “fəaliyyət kodu” “krışalıq” olan həmin şirkətlərin fəaliyyəti davam edir və sayı güdəlik olaraq artır. Bu "şirkətlər" hansı məqsəd və məramlara xidmət edir? Kimlərin nəzarətindədirlər? Səfər Mehdiyev hələ də baş verənlərə "bəsdir" demir.

Və ya baş verənlərə hansı səbəbdən digər aidiyyatı qurumlar göz yumur? Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin missiyası məhz bu fəaliyyəti həyata keçirmək olduğu halda niyə görməzdən gəlir. Qurumun rəhbəri Azər Məmmədovun bu məsələdə marağı nədir ki, gömrük sahəsində baş verən neqativ hallara qarşı mübarizə aparmır? Uzun illərdir bu suallar açıq qalır və problemlər həll olunmur.

Gömrükdə hər hüququ pozulan sahibkar bunun acığını sadə vətəndaşdan çıxıb, qiymətləri qaldırırsa və nəticədə ölkədə süni bahalaşma yaranırsa, bunun məsuliyyətini kim daşıyır? Hər halda düşündürücüdür.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84