Gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı durmadan artır - İDDİA

12:47 - 23 Sentyabr
    1990 oxunma

Ölkə iqtisadiyyatının formalaşmasında əsas yerlərdən birini tutuan gömrük sistemi barədə vətəndaşlara - "Azərbaycanda gömrük necə işləyir? sualını versək cavabın nə olacağı hamımıza bəllidir. Guya rahatlığı düşündükləri üçün yeni sistemlərin, mexanizmlərin qurulduğunu bildirsələr də, əslində bu heç də belə deyil.

Sonuncu qərar -  “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişikliklər artıq qüvvəyə mindi. Komitə rəsmiləri bu dəyişikliyin niyə edilməsi ilə bağlı hələ də ortaya heç bir tutarlı səbəb qoya bilməyib. Bu hallar bir daha subut etdi ki, gömrük sistemində ciddi rəhbər dəyişikliyinə ehtiyac var. 

Bütün "dəyişikliklər"ə, "inkişafa" rəğmən Gömrükdə hələ də qanunsuz şirkətlərin fəaliyyəti, günü-gündən çoxalması, bu halların aidiyyatı qurumların görməzliyi maraq doğurmaya bilmir. 

Bütün bunlar azmış kimi ölkə gömrüyünə nəzarət mexanizmlərinin həyata keçirilməsi üçün yaradılan Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti də baş verənləri görmək istəmir. Bu Departament baş verən qanunsuzluqlara nəzarət etmək, gömrükdə uzun illər hökm sürən özbaşınalığı aradan qaldırmaq üçün yaradılmışdı. Amma görünən budur ki, bu Departament və onun rəhbəri Azər Məmmədov əvvəlkilərin yolu ilə addımlayır. 

Maraqlıdır, əgər Gömrükdə qanunsuzluq varsa, yenə qanunsuz fəaliyyət göstərən şirkətlər öz fəaliyyətini davam etdirirsə, günü-gündən çoxalırsa o zaman bu Departament niyə lazımdır? Nə iş görür Azər Məmmədov? 

Bizimxeber.az-a daxil olan məlumata görə, son aylar qanunsuz fəaliyyət göstərən, anbarı olmayan, heç bir rusum ödəməyən, mal dövriyyəsi az göstərilən şirkətlərin malları asanlıqla ölkə ərazisinə daxil olur, sənədləşdirilir və sairə. Əvəzində qanunla fəaliyyət göstərən, vergiləri vaxtında ödəyən, anbarları olan, 10-larla işçi saxlayan və DSMF ödəyicisi olan şirkətlərin sıxışdırılması prosessinin sürətlənməsi başlayb. 

Redaksiyaya daxil olan iddiaya görə, istər Sumqayıtda, istərsə də Bakıda qanunsuz fəaliyyət göstərən şirkətlər Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədova və onun yaxın adamlarına məxsusdur. Təəssüf ki, nə Dövlət Gömrük komitəsinin rəhbəri Səfər Mehdiyevə,  nə də birincinin kadrı sayılan Azər Məmmədova hələlik dur deyən yoxdur. Qanunsuz şirkətlərin sayı çoxaldıqca gömrük sisteminin çöküşü sürətlənir, sistem çökdükcə dövlət büdcəsinə daxilomalar da azalır və bir qədər də azalacaq. Gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı çoxaldıqca bu məmurların da var-dövləti artır. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84