Gömrükdə nələr baş verir? -  Ölmüş adamın adına olan "şirkət"lər mal dövriyyəsi həyata keçirir?

12:28 - 17 Avqust
    2310 oxunma

Ölkədə həyata keçirilən islahatlar fonunda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə güclənməkdədir. İcra başçılarının həbsi ilə başlanan prosess, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, hətta Xarici işlər Nazirliyinə də sıçradı. Onlarla yüksək vəzifəli məmur hazırda həbsdədir və istintaq gedir.

Əlbətdə bütün bunlar ölkədə rüşvət və korrupsiyanın kökünün kəsilməsinə hesablanmış addımlardır. Amma daha hansı qurumlarda dövlət büdcəsinə ziyan vuran məmurlar var və onların əməli ifşa olunmalıdır? Hazırda rüşvət və korrupsiya ilə məşğul olan daha başqa qurumlarda da araşdırma aparılmasına və günahkarların cəzalandırılmasna şübhələr var.

Xatırlayırsızsa, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən həbs olunmuşdu. O zaman bildirilirdi ki, qurumda həbslər davam etdiriləcək, öz mənafeyi üçün çalışan, dövlət budcəsinə böyük ziyan vuran məmurlar sıradan çıxarılacaq. Amma nədənsə növbəti həbslərin davamı gəlmədi. Hətta ekspertlər də gömrükdə həbslərin davam etdirilməsinin vacibliyini bildirdilər. Onlar hesab edirdilər ki, büdcə gəlirlərinin əsas qayəsini təşkil edən gömrük sistemində təmizləmələrin aparılması labüddür.

Amma Bizimxeber.az-a daxil olan məlumatlardan görünür ki, sözügedən qurumda yenə müəmmalı işlər davam etdirilir.

Ötən günlərdə gömrükdə adı olub, rəsmi fəaliyyəti olmayan, vergi ödəməyən, heç bir DSMF ödəmələri həyata keçirilməyən şirkətlərin fəaliyyəti barədə ətraflı məlumat vermişdik. Bu "şirkətlər"in malları gömrükdə asanlıqla rəsmiləşir və dövriyyəyə buraxılır. Həmin "şirkət"lər bu malların ölkəyə idxalına görə, heç bir rəsmi vergi ödəməsi həyata keçirmir, işçisi yoxdur, DSMF-yə ödəniş etmir və sairə. Həmçinin məluamata görə, bu "şirkət"lərin adına rəsmiləşdirilən malların dəyər qiyməti aşağı yazılır ki, sonradan əlavə problemlər yaranmasın. Bu zaman diğər qurumların əlində belə şirkətləri yoxlamaq üçün ciddi əsaslar olmur. 

Redasksiyaya daxil olan məlumata görə, bu şirkətlər gömrük məmurlarının nəzarəti altındadır və belə şirkətlərin sayı günü gündən çoxalır. Məlumata görə, şirkətləin sahiblərinin kimliyi, onun fəaliyyəti barədə heç bir məlumat yoxdur. Hətta dünyasını dəyişən adamların adına olan şirkətlər belə mal dövriyyəsində iştirak edə bildiyi barədə məlumatlar da var. Gömrük əməkdaşları öz yaxın dostları vasitəsilə bu qanunsuz əməllərə imza atmaqla büdcəyə külli miqdarda ziyan vurmuş olurlar. 

Pandemiya dövründə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün vergidaxilolmalarına nəzarət etməli olan qurum - Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovun və dostlarının, eləcə də Gömrük şefi Səfər Mehdiyevin, onun müavinlərinin və qurumdakı yüksək çinli məmurların nəzarətində görəsən  belə şirkət (lər) varmı? Yaxud onlar bu şirkətlərin varlığından nə əcəb xəbərsizdirlər? (?) Bu suallara kimlər aydınlıq gətirməlidir? Belə şirkətlər varmı, yoxsa...?

Bakı və Sumqayıt gömrüyündə qanunsuz fəaliyyət göstərən şirkətlərin malları necə rəsmiləşdirilir? Onların belə qanunsuz fəaliyyətinə övlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovdamı göz yumur? Əgər belədirsə o zaman bu qurumun təmiz fəaliyyəti barədə söylənənlər şübhə altına düşmürmü?

Bizimxeber.az bildirir ki, belə şirkətlərin qanunsuz fəaliyyəti bir başa dövlət bürcəsinə ziyan vurmaqdır. Çoxsaylı belə şirkətlər gömrükdə bu qaydada işləyir və vergidən yayınır. Bu qədər qanunsuz şirkət vergi, DSMF ödəməsindən yayınırsa bundan ziyan çəkən dövlət büdcəsidir. Görünür aidiyyatı qurumların Dövlət Gömrük Komitəsində ciddi yoxlamalar aparması lazımdır. Elədirsə həbslər dalğası bu xidmətə də çatmalıdır. Dövlət budcəsinə 100 min manatlarla ziyan vuran məmurların kimliyi müəyyənləşdirilməlidir, onlar cəzalandırılmalıdır. 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizmxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84