Gömrükdə Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?

14:40 - 08 Sentyabr
    2680 oxunma

Son aylar Azərbaycanda aparılan kadr dəyişikliyi artıq növbəti mərhələyə keçməkdədir. Daha doğrusu, əsas diqqət Administrasiyadan uzaqlaşdırılan, toy qalmaqalına görə, ciddi müzakirə predmetinə çevirilən, həbsi tələb olunan Ramiz Mehdiyevin yüksək vəzifəyə təyinat zamanı dəstək verdiyi şəxslərin üzərinə köklənib.

Xatırlayırsızsa Ramiz Mehdiyevin son açıqlamasında "...ixtiyarımızda olan kadrların arasından ən uğurlu seçimi etməyə çalışmışıq" belə bir cümlə var idi. Mehdiyev bununla bəlkə də demək istəyirdi ki, hələ də hakimiyyətdə mənim dəstək verdiyim şəxslər var və onlar həm də mənim kadrlarımdır.

Elə isə maraqlıdır, bu gün Azərbaycan hakimiyyətində təmsil olunan yüksək çinli məmurlar arasında Ramiz Mehdiyevin kadrları kimlərdir? Onlara nə qədər güvənmək olar? Yaxud onları yaxın gələcəkdə nələr gözləyir? 

Bizimxeber.az bildirir ki, ehtimal ki, bu şəxslərin kimliyi yuxarı eşalonda əyləşən, Ramiz Mehdiyevin zamanında Administrasiyada çalışan şəxslərə tam aydındır. Amma onlar bir-birlərini ifşa edəcəkmi, ad çəkəcəklərmi? 

Məlumata görə, istər Administrasiyada, istərsə də nazirlik və komitələrdə onlarla belə kadr var ki, Ramiz Mehdiyevin dəstəyini alıblar və onlar sabiq şeflərinə sadiqdirlər. Və bu sadiqliq Azərbaycanın gələcək inkişafına hansısa problemlər yaratmayacaq ki? Kim buna təminat verə bilər ki, onlar Mehdiyevlə bu və ya diğər formada təmasa keçməyəcək, sifariş almayacaqlar.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin adı komandanın ən təhlükəli, qaranlıq tərəfi olan Əli Həsənovla birgə biznes və diğər məqamlarda çəkildi. Bəlli oldu ki, Səfər Mehdiyev Əli Həsənovun obyektlərindən birini icarəyə götürüb. Bir fakt yetər...

Odur ki, bu bağlılıq yoxlanmalı və gələcək əməkdaşlıq izlənməlidir. Nəzərə alsaq ki, gömrük ciddi strukturdur və bu yolla ölkəmizə istənilən yük daşına bilər, o zaman bu məsələ diqqətlə araşdırılmalıdır. Gömrük vasitəsi ilə nəinki istənilən yük, hətta adam və sairə ölkəmizə gətirilə və ya çıxarıla bilər. İndiki halda aidiyyatı qurumlar hər bir informasiyanı diqqətlə araşdırmalı və bu şəxsləri nəzarətə götürməlidir. 

Diğər tərəfdən deyilənə görə, Dövlət Gömrük Komitəsi FHN şefi Kəmaləddin Heydərovun nəzarətindən çıxdığı zaman Ramiz Mehdiyevin kurasiyasına keçib. Burda son qərarlar Ramiz Mehdiyevin diqtəsi ilə verilib. Bu o zaman üçün mümkün hesab olunan məlumata daha yaxındır. Heydərovla gömrükçü Mehdiyevin münasibətlərinin buzlaşması son illər ərzində aşkar hiss olunurdu. Həmçinin Heydərovla bağlı məlumatların gündəmə gəlməsində "boz kardinal"ın əməyi hiss olunurdu.

Elə son günlər Gömrük şefi Səfər Mehdiyev tərəfindən verilən, ciddi çaşqınlıq və narazılıq yaradan qəribə qərarların da məqsəd və məramı dəqiqləşdirilməlidir. Ölkədə vəziyyətin, siyası gərginliyin olduğu bi zamanda gömrük tərəfindən güzəştlər barədə verilən bu əndirəbadi qərarlar insanların ciddi narazılığına, sosial partlayışa səbəb oldu. Təssüflər olsun ki, hələ də bu qərarla bağlı heç bir dəyişiklik edilməyib və qərar 21 avqust tarixində qərar qüvvəyə minir. Bütün bunların fonunda Ramiz Mehdiyev komandasının üzvü olan şəsx və şəxslər onların fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. 

Bizimxeber.az-a daxil olan məlumata görə, bu günlərdə Səfər Mehdiyev öz yaxın ətrafına olduqca diqqətli olmaları ilə bağlı göstəriş verib. "Heç bir ciddi məlumatın kənara çıxmasına imkan verməyin" deyən Səfər Mehdiyev bununla nəyi demək istəyib? Gömrükdə və onun fəaliyyətində dövlətdən, xalqdan gizlətdiyi hansı informasiya ola bilər?

Ədil
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84