Gömrükdə 680 milyon manat skandalı

10:27 - 11 Fevral
    8520 oxunma

SİZİN REKLAM YERİNİZ
SİZİN REKLAM YERİNİZ

Son günlər Gömrük Komitəsi ətrafında qəribə hadisələr baş verir. Prezidentin AzTV-yə verdiyi müsahibəsində sərt şəkildə tənqid etdiyi DGK sədri Ssəfər Mehdiyevin dərdi az imiş kimi, bir neçə müddətdir həbs olunmuş gömrük əməkdaşı Natiq İmanovun açıqlamaları da əsəbləşməsinə səbəb olur.

Amma görünən və bilinən odur ki, dünəndən etibarən bu sıraya başqa bir skandal məsələ də daxil olub. Bu günlərdə komitədə qəfil yoxlama aparılıb. Həmin yoxlamanın nəticələri isə hamını şoka salıb. 

Məlumata görə, həmin araşdırmalar zamanı 680 milyon manat kəsirin yarandığı məlum olub. Bu kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi və onun hansı səbəbdən yarandığı hələlik məlum deyil. Yalnız bilinən odur ki, “Nehrəm qruplaşması” baş verənlərdən şoka düşüb və təcili şəkildə problem aradan qaldırmağa çalışırlar. 

Məlumatlı mənbələrin bildirdiyinə görə, hal hazırda gömrükdə 680 milyon manat kəsirin necə yaranma səbəbi, həmin pulların konkret olaraq hara getdiyi istiqamətində ciddi şəkildə araşdırmalara start verilib. Hətta Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bütün heyəti yığaraq, qısa müddətdə yaranmış problemin aradan qaldırılmasını tələb edib. Məsələ ilə bağlı araşdırmamız davam edir. /Jamaz.info/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84