.
.

"Gömrük Komitəsinin bu addımı insanların əxlaqını pozmaqdır" - Ekspert

13:15 - 03 Aprel
    12680 oxunma


"Gömrük işçilərinin bu yeni "xidməti” əslində gənclərin həm də qanunsuz işlərə cəlb olunması və mənəviyyatının aşılanması anlamına gəlir". 

Bunu açıqlamasında keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli Bakı aeroportunda fəaliyyət göstərən"könüllü gömrükçü"lər məsələsinə aydınlıq gətirərkən deyib.

Ekspert hesab edir ki, dövlət qurumlarının gəncləri belə işlərə cəlb etməsi qanunsuzdur, eyni zamanda əmək məcəlləsinə ziddir:

"Könüllü anlayışı vaxtı ilə "ASAN könüllülər"dən yaranıb. İlk olaraq bunlar başlayıb. "Könüllü hərəkat"ı adı altında əslində insan əməyinin əvəzi ödənilmədən, guya onları gələcəkdə həmin strukturlara işə götürmək adı altında gəncləri bu işə cəlb edirlər. Bu, müxtəlif dövlət qurumlarında geniş hal alıb. Çox təəssüf edirəm ki, bəzi dövlət qurumları bundan ucuz və ödənşsiz işçi məqsədiylə istifadə edir. Bəziləri onların ancaq yemək və nəqliyyat xərclərini qarşılayır, bəziləri isə heç qarşılamırlar da. Bu, geniş yayılmış prosesdir".

Nazim Bəydəmirlinin fikrincə, gənclərin bu tip işlərdə işləməsi dövlət orqanları və idarələri haqqında mənfi fikir formalaşdırır və dövlət anlayışı heçə endirilir: "Hesab edirəm ki, bunların hamısına son qoyulmalıdır.

Təəssüf ki, müxtəlif banklarda, sığorta və s. yerlərdə əvəllər stajor kimi 3 aylıq və digər prespektivli işlər adı ilə ucuz işçi qüvvələrindən istifadə olunurdu. İndi də "könüllülər" adı altında daha da böyük füsət alıb. Bunlar ortadan qalxmalı və bu, bir qanun şəklinə gətirilməlidir.

"Könüllü” anlayışı daha çox ictimai-faydalı əmək işlərinə tətbiq olunur. "Könüllü gömrükçü" "könüllü xəbərci" anlayışı ilə eyniləşir və bu da bilik və bacarıq əldə etməkdən daha çox "nəyinsə qarşılığında" vətəndaşın daha çox xəbərçi kimi işlərə cəlb edilməsidir. Hesab edirəm, Gömrük Komitəsi ləvğ olunmalı, onun bazasında Kömrük Xidməti yaranmalıdır".

Nazim Bəydəmirlinin sözlərinə görə, bu, eyni zamanda insanların əliəyriliyə öyrədilməsidir: "Mənə verilən məlumata görə, vətəndaşların çamadanlarını açırlar. Bir türk dostum danışırdı ki, onun hədiyyə üçün gətirdiyi şokoladların yarısını götürüblər. Bağlamaları elə bağlayın ki, onu aça bilməsinlər. Açıq qoyulanda onun içinə əl gəzdirirlər. Bu da "Gömürükçü könüllülər"in işi olmuş olur.

Ölkəmizə gələn turustlərin, iş adamlarının baqaja verdiyi bağlamalar açılır. Axı niyə açılmalıdır? Bu, qul əməyindən əlavə, insanların əliəyriliyə öyrədilməsidir. Bunlar sabah gömrükçü olanda nə olacaq? Bu, insanların əxlaqını pozmaqdır, işçilərin əxlaqsız yetişdirilməsidir və "könüllü” adı altında ölkənin imicinə böyük zərbə vurmaqdır". 

Qeyd edək ki, Bakı aeroportunda Gömrük Komitəsi yeni bir qayda çıxarıb. Bir qrup gənc  belində "Könüllü gömrükçü" yazısı ilə baqaj alınan yerdə durub yüklərə nəzarət edir "şübhəli” yüklərə qırmızı lent bağlayırlar. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84